son dəqiqə SON DƏQİQƏ
Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur" Milli komandamızın futbolçuları və məşqçilər tələbələrlə görüş keçirib

Filipe Kandido: “Komandamda çatışmayan əsas cəhət…”

Bölmə adı Sumqayıt
Yayımlandı 6-09-2026, 21:11

Misli Premyer Liqasının IV turunda keçirilən “Turan Tovuz” – “Sumqayıt” (2:1) matçından sonra qonaqların baş məşqçisi Filipe Kandido mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sport1.az xəbər verir ki, mütəxəssis ilk növbədə oyun haqqında təəssüratlarını bölüşüb:

"Nəticə oyuna görə olmadı. Biz bu oyunda xal və yaxud xallar qazana bilərdik. Nəticədən narazı qalsam da, komandamın oyunundan razıyam. İlk gəldiyim vaxtda oynadığımız oyunla müqayisədə oyundan-oyuna inkişaf edirik. Qarşıdakı matçlarda daha yaxşı olacağıq. Çox yaxşı qol epizodlarımız oldu. Təəssüf ki, bunu reallaşdıra bilmədik. Komandamda əsas çatışmayan cəhət budur. "Turan Tovuz" kimi çox yaxşı komandalara qarşı oynayırsansa, epizdoları vurmaq lazımdır. Bunu edə bilməyəndə, nəticə də belə olur".

- Buraxdığınız ikinci qoldan sonra köməkçi məşqçilərinizlə hakimlər arasında aqressivlik yaşandı. Orada nə baş vermişdi?

- Karyeram ərzində heç vaxt hakimlər haqda danışmamışam. Qərarları qəbul edənlər hakimlərdir. Bəzən biz də bunu qəbul edirik. Bəzən isə qəbul etməsək belə, hörmətlə yanaşırıq. Mən komandam haqda düşünürəm ki, necə daha yaxşı oynaya bilərik. Həmin epizodda isə sadə gərginlik olmuşdu.

- İlk üç turda çempionluğa namizəd komandalarla oynadınız. Bunun nəticələrə təsiri oldu?

- Əvvəlcədən bilirdik ki, ilk oyunlarımız çətin olacaq. Şadam ki, oyundan-oyuna inkişaf etdik, yaxşı oyun göstərdik. Növbəti oyunumuz da vacibdir. "Şamaxı" da zəif rəqib deyil, hətta güclü rəqibdir. Ötən mövsüm bizimlə aşağı-yuxarı eyni mövqedə qərarlaşıblar. Bundan sonrakı bütün rəqiblərə qarşı daha yaxşı oynamağa çalışacağıq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR