son dəqiqə SON DƏQİQƏ
Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur" Milli komandamızın futbolçuları və məşqçilər tələbələrlə görüş keçirib

"Neçə dəfə qapı tirinə zərbə vurduğumuzu saya bilmirəm"

Bölmə adı Neftçi
Yayımlandı 5-09-2026, 23:29

"Neftçi" Misli Premyer Liqasının 4-cü turunda "Şəfa"nı məğlub edib (4:1).

Sport1.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub oyundan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:

- "Şəfa"ya qarşı çətinlik çəkdiniz. Bu fakt sizi narahat etmir?

- Futbolçularım bu oyunda bütün güclərini ortaya qoydular. “Şəfa”nın Premyer Liqanın debütantı olması ümumi mənzərəni əks etdirmir. Bu, intizamlı və yaxşı təşkilatlanmış komandadır. Onlar 5-3-2 sxemi ilə oynayırlar və bu səbəbdən müdafiələrini yarmaq çətindir. İlk hissədə də məhz bunu gördük. Rüfət Abbasovun möhtəşəm qolu sayəsində hesabı açdıq. Bu, üzərində işləməli olduğumuz məsələləri başa düşdüyümüzü göstərir. Əslində, qarşıda hələ çox işimiz var. İkinci hissənin əvvəlində standart vəziyyətdən qol buraxdıq, amma futbolçularımızın reaksiyasından razı qaldım. Qoldan sonra onlar intensivliyi artırdılar və daha üç qol vurdular. Artıq neçə dəfə qapı tirinə və dirəklərinə zərbə vurduğumuzu saya bilmirəm, amma qələbə qazandığımız üçün şadam. Yolumuza davam edəcəyik.

- “Zirə” ilə müqayisədə start heyətində dəyişikliklər oldu. Bu, əvvəlki oyunda uğursuz çıxış edən futbolçular üçün cəza idi? Şevelin debütü barədə nə düşünürsünüz?

Qapıçılar istisna olmaqla, sərəncamımızda 22 futbolçu var. Ştoqrinin də adını qeyd etmək lazımdır. Hazırda zədəlidir, amma tezliklə sıraya qayıdacaq. Elvin Bədəlov isə qırmızı vərəqəyə görə aldığı diskvalifikasiya səbəbindən bu oyunu buraxdı. Qalan futbolçular tam gücü ilə məşq edirdilər. Mən futbolçuları cəzalandırmıram, sadəcə konkret oyundan asılı olaraq qərarlar qəbul edirəm. “Zirə” ilə matçda gözlədiyimiz oyunu görə bilmədik və mən də buna reaksiya verdim. Əslində, həmin görüşdə çox az qol epizodu yaratdıq. Bu dəfə isə “Zirə” ilə oyunda lazımi səviyyədə tətbiq edə bilmədiyimiz pressinqə üstünlük verməyə qərar verdik. Bu gün futbolçularımız bunun öhdəsindən əla gəldilər. Şevelə gəlincə, biz onu çoxdan izləyirdik. O, çox maraqlı bir çempionat olan Şotlandiya liqasından gəlib və orada hətta ən yaxşı mərkəz yarımmüdafiəçisi seçilmişdi. Onu komandaya cəlb etmək istəyirdik, bunu bacardıq və indi o, buradadır.

- Rüfət Abbasov barədə nə düşünürsünüz?

- O, gəncdir və milli komandada çıxış edir. Onunla biz ondan nə gözlədiyimizi və nəyə ehtiyacımız olduğunu danışmışıq. Məşqlərə və toplanışlara necə yanaşmalı olduğunu da müzakirə etdik. Bundan əlavə, o, möhtəşəm qol vurdu. Sol ayaqlı olmasına baxmayaraq, topu sağ ayağı ilə qapıya göndərdi. İkinci qolu da vura bilərdi, amma zərbəsi dirəyə dəydi.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR