son dəqiqə SON DƏQİQƏ
Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur" Milli komandamızın futbolçuları və məşqçilər tələbələrlə görüş keçirib

Azər Məmmədov: “Qarşıdakı matçda tamamilə fərqli “Kəpəz” görəcəyik”

Bölmə adı Kəpəz
Yayımlandı 4-09-2026, 23:57

Misli Premyer Liqasının IV turunda keçirilən “Kəpəz” – “Şamaxı” (1:4) matçından sonra meydan sahiblərinin baş məşqçisi Azər Məmmədov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sport1.az xəbər verir ki, ilk növbədə mütəxəssis məğlubiyyəti şərh edib:

"Möhtəşəm azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Məğlub olmağımıza baxmayaraq, sonadək bizi dəstəklədilər. Komandamız adından nəticəyə görə üzr istəyirəm, amma bu, futboldur. Qələbə də olur, məğlubiyyət də. Çempionat yeni başlayıb. Səhvlərimiz üzərində işləməli, daha da böyüməliyik. Etiraf edim ki, komanda yenidir və hələ ki, stabillik çatışmır. Başlanğıcda pis deyildik, lakin öz səhvlərimizdən buraxılan iki qoldan sonra komandanı toparlamaq çətin oldu. Birinci hissə “Şamaxı”nın üstünlüyü ilə keçdi. İkinci taymda istədiyimiz oyunu müəyyən qədər göstərə bildik, qol da vurduq. Həmin vaxt hesabın fərqini azalda bilərdik, lakin rəqibdən çıxan topun aut verilməsindən sonra qapımızda üçüncü qolu gördük. Bu, matçın dönüş nöqtəsi oldu və oyunçuları yenidən ayağa qaldırmaq çətinləşdi".

Azər Məmmədov ardınca jurnalistlərin suallarını cavablandırıb:

– Məğlubiyyətdə ötən həftə qazanılan qələbənin yaratdığı eyforiya rol oynadı, yoxsa rəqibə düzgün qiymət verilməmişdi?
– Eyforiyada olduğumuzu düşünmürəm, çünki bu məsələ ilə bağlı hər gün futbolçularla ünsiyyətdə olurdum. Sadəcə, birinci hissədə oyunumuz alınmadı. Böyükhesablı məğlubiyyət ağırdır, amma oyunçular da uduzmaq istəmirdilər.

– Start heyətində dəyişiklik edərək Rafael Məhərrəmliyə şans verdiniz, lakin fasilədə onu Urfan Abbasovla əvəzlədiniz. Bu qərar nədən qaynaqlanırdı?
– Tamamilə taktiki bir dəyişiklik etdik. Rafaelin sürəti və cəldliyindən istifadə edərək evdə oynadığımız üçün matça birinci nömrə kimi başlamaq istəyirdik, lakin ilk hissədə hər şey istədiyimiz kimi alınmadığı üçün fasilədə belə bir dəyişikliyi etməli olduq.

– “Kəpəz”in ev oyunlarını ardıcıl keçirməsi və növbəti matçların da doğma meydanda olacağı təşviş yaratmır?
– Tamamilə haqlısınız, rəqiblər bizim səviyyəmizə yaxın komandalardır. Oyunçuların belə bir nəticədən sonra psixoloji cəhətdən tez bərpa olunması üçün onlarla söhbətlər aparmalıyam. Futbolda qələbə də, məğlubiyyət də normaldır. İnanıram ki, qarşıdakı matçda tamamilə fərqli “Kəpəz” görəcəyik.

– Komandanın yenə çox sarı vərəqə almasının səbəbi nədir?
– Futbol təmas oyunudur və sürətlənən oyunda kartlar qaçılmazdır. Əlbəttə, sarı vərəqələr gələcəkdə futbolçuların cəzalanması baxımından bizim üçün itki ola bilər, amma mən buna ümumilikdə normal baxıram.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR