son dəqiqə SON DƏQİQƏ
Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur" Milli komandamızın futbolçuları və məşqçilər tələbələrlə görüş keçirib

Fərid Namazov: “Qəbələ”də istək daha çox idi”

Bölmə adı İmişli
Yayımlandı 4-09-2026, 21:03

"İmişli" Misli Premyer Liqasının IV turunda səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olub.

Sport1.az xəbər verir ki, qonaqların baş məşqçisi Fərid Namazov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Rəqibi təbrik edirəm. Oyunun ağır keçəcəyini bilirdik. Rəqibdə məşqçi dəyişikliyi olmuşdu. Adətən yeni məşqçi gələndə komanda daha istəkli olur. İlk 15 dəqiqə gözlədiyimiz kimi "Qəbələ"nin təzyiqi ilə keçdi. Qapımızın qarşısında çox boşluqlar verdik. Rəqibin hansı sistemlə oynayacağını bilmirdik. Penaltidən yararlana bilmədik. Oyunu bərabərləşdirməyə çalışırdıq. İkinci hissədə maraqlı və sürətli oyun oldu. Təəssüflər olsun ki, yaxşı oynadığımız vaxtda qol buraxdıq. Bundan sonra bir az düşüş oldu. Səyahət Ağayevin çıxışını da qeyd edərdim. Kritik qurtarışlar etdi. Azarkeşlərimizə təşəkkür edirəm".

- Məğlubiyyətin səbəbi rəqibin taktiki dəyişikliyi idi?
- Bunun da təsiri oldu. "Qəbələ"də istək daha çox idi. Uşaqlara tapşırmışdıq ki, öz oyun planımızdan kənara çıxmayaq. Amma təzyiq çox oldu deyə topa nəzarət edə bilmədik. Həm taktika, həm də istək ön plana çıxdı.

- Ardıcıl "Neftçi", "Sabah" və "Qarabağ"la oynayacaqsız...
- Hamı bu qrafikdə oynayacaq. Hazırda "Araz-Naxçıvan"da bu qrafik var. Yaxşı oldu ki, ilk turları özümüzə uyğun komandalarla oynadıq. Güclü rəqiblərə qarşı planlarımız başqa olacaq. Uduzmaq üçün meydana çıxmayacağıq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR