SON DƏQİQƏ
“Karvan-Yevlax” Nemət Şixamirovla yollarını ayırıb.
Sport1.az xəbər verir ki, klub müdafiəçi ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.
Maraqlıdır ki, tərəflər cəmi bir neçə gün əvvəl – avqustun 26-da rəsmi müqavilə imzalamışdılar.
Qeyd edək ki, Nemət Şixamirov ötən mövsüm “Şimal”ın formasını geyinib.