son dəqiqə SON DƏQİQƏ
Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur" Milli komandamızın futbolçuları və məşqçilər tələbələrlə görüş keçirib

Sinenko TƏSDİQLƏDİ: "Qarabağ"ın marağı haqda yazılanlar doğru idi"

Bölmə adı İmişli
Yayımlandı 4-09-2026, 15:39

Sport1.az yay "transfer pəncərəsi"ndə "İmişli"dən ayrılan qapıçı Andrey Sinenkonun Belarus mətbuatına müsahibəsini təqdim edir:

- Yalnız 28 yaşınızda Azərbaycanın "İmişli" klubunda yüksək liqa təmsilçisinin əsas qapıçısı oldunuz. Anatoli Yureviçin "Energetik-BQU"dakı məktəbi sizə səbirli və çalışqan olmağı öyrətdi?

- Şübhəsiz. Amma bundan əvvəl Azərbaycanın ikinci güclü divizionunda iki tam mövsüm keçirmişdim. Razıyam, yüksək səviyyədə debütümü gec etdiyimi demək olar. Deməli, belə olmalı imiş. Müəyyən vaxtlarda hər şeyin qaydasında getmədiyini düşünürdüm. Gənc olanda Yureviç bir dəfə mənə demişdi: "Andrey, sən gec yetişən qapıçı olacaqsan". İllər sonra elə də oldu.

- 2023-cü ildə Minsk "Dinamo"sundan ayrılıb Azərbaycanın aşağı liqasına keçmək qərarını vermək çətin idi?

- Xeyr. Çox oynamaq istəyirdim. Variant yaranan kimi ailəmlə danışdım və bir neçə gün sonra artıq Azərbaycana uçdum. "Dinamo" rəhbərliyinə minnətdaram. Mənə anlayışla yanaşdılar, dəstək oldular və hər şeyi tez bir zamanda həll etməyə kömək etdilər.

- Azərbaycanın aşağı liqası necədir?

- Orada 10 komanda var. Yaxşı maliyyə imkanlarına, legionerlərə malik və Premyer Liqaya yüksəlmək məqsədi qoyan klublar mövcuddur. Məsələn, ötən il "Şəfa"da maaşlar Belarus yüksək liqasının aparıcı klublarındakı səviyyədə idi. Amma meydanların keyfiyyəti arzuolunan səviyyədə deyil. Mübarizə və güc futbolu çoxdur.

- Bəs Premyer Liqa haqqında nə deyə bilərsiniz? Onun səviyyəsi Belarusun yüksək liqası ilə müqayisə oluna bilər?

- Azərbaycan Premyer Liqası artıq tamamilə başqa səviyyədir və maliyyə imkanları da fərqlidir. Stadionlar, atmosfer də başqa səviyyədədir. Məncə, bu liqaları müqayisə etmək mümkün deyil - hazırda Azərbaycan çempionatı daha güclüdür. Orada çoxlu legioner çıxış edir. Hər komandada 10-12 əcnəbi futbolçu var. Klubların Şimiç, Puxaç, Yankoviç, Duran, Mikels, Enrike kimi oyunçuları dəvət etmək imkanları var. Bundan başqa, çoxlu güclü yerli futbolçu da mövcuddur. Düşünürəm ki, "Qarabağ"ın ötən il Çempionlar Liqasına yüksəlməsinə baxmayaraq, ölkə çempionu olmaması, liqadakı rəqabətin səviyyəsi haqqında çox şey deyir. Bu mövsüm isə "Sabah" Danimarka çempionunu 4:0 hesabı ilə məğlub edib və digər güclü komandaları keçərək Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.

- Azərbaycanda qalmaq variantınız var idi? Mətbuatda "Qarabağ"ın sizinlə maraqlandığı yazılırdı…

- Bəli, variantlar var idi. "Qarabağ"ın marağı ilə bağlı yazılanlar doğru idi. Amma bu, futboldur və transfer baş tutmadı. Şərait elə gətirdi. Hazırda "Dnepr"dəyəm və komandaya maksimum dərəcədə kömək etməyə çalışıram.

- Azərbaycandakı həyat sizə necə təsir etdi? Dil və ya mentalitet baxımından çətinlik yaşamadınız?

- İlk il çətin idi. Hər şey fərqli və alışmadığım idi. İnsanlar, mentalitet, din, qaydalar… Amma zaman keçdikcə Azərbaycanı çox sevdik. Bakı gözəl şəhərdir. Şəhərdə dil baryeri yoxdur. Əhalinin yarısı rus dilini bilir, bilməyənlər isə ingiliscə danışırlar. Komandada ingilis dilində ünsiyyət qururduq. Müxtəlif ölkələrdən olan futbolçularla dostlaşdım və onların sayəsində xarici dil biliklərimi inkişaf etdirdim.

- Azərbaycanda öyrəndiyiniz əsas Şərq müdrikliyi hansıdır?

- Etibar et, amma yoxla!

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR