son dəqiqə SON DƏQİQƏ
Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur" Milli komandamızın futbolçuları və məşqçilər tələbələrlə görüş keçirib

"Həqiqətən dayanmaq istəmirəm"

Bölmə adı Sabah
Yayımlandı 3-09-2026, 09:31

"Düşünürəm ki, televiziya viktorinası ilə bağlı bu hekayə bir qədər şişirdilir. Bəzən çətinliklər olurdu".

Sport1.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.

Mütəxəssis "Euronews" nəşrinə açıqlamasında 2002-ci ildə Litva televiziyasında yayımlanan "Kim milyonçu olmaq istəyir?" verilişindəki iştirakı ilə hazırkı uğurunun əlaqələndirilməsinə münasibət bildirib:

"Çox çalışmalı idim və bəzən həm özüm, həm də ətrafımdakı insanlar şübhəyə düşəndə belə, özümə inanmalı olurdum. Mən bu nailiyyəti bir mərhələ kimi qəbul edirəm və inanıram ki, əsas olan keçilən yoldur. Qarşıda başqa arzular da var. Mən həqiqətən dayanmaq istəmirəm".

49 yaşlı çalışdırıcı qitənin birinci dərəcəli klub turnirində iştirakını Premyer Liqadakı stabillik və uğurla əlaqələndirib:

"Hamı Çempionlar Liqasından danışır, amma orada oynamağımıza imkan yaradan Azərbaycan Çempionatıdır. Diqqətimizi qorumağımız və keçirəcəyimiz hər oyuna hazırlaşmağımız çox vacibdir. Bizdə çox yaxşı beynəlxalq mühit var. Çox vaxt start heyətində 11 fərqli milliyyətdən olan futbolçulara yer veririk. Belə bir mühitdə fəlsəfəmizin əsaslandığı başlıca prinsip hörmətdir".

Xatırladaq ki, "bayquşlar" Liqa mərhələsində "Barselona", "Borussiya" (Dortmund), "Napoli" və "Slaviya" ilə evdə, "Arsenal", "Mançester Yunayted", "Vilyarreal" və "Vikinq"lə səfərdə qarşılaşacaq

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR