MPL: "Sabah" və “Qarabağ”dan minimalhesablı qələbə - YENİLƏNİB

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 31-08-2026, 22:07

Bu gün Misli Premyer Liqasında 3-cü tura yekun vurulub.

Sport1.az xəbər verir ki, sonuncu oyun günündə daha 2 qarşılaşma baş tutub.

Son çempion "Sabah" Qəbələdə "Araz-Naxçıvan"la üz-üzə gəlib.

"Qarabağ" isə "Sumqayıt"ın qonağı olub.

Buna qədər keçirilən matçlarda "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0), "Zirə" "Neftçi"ni (1:0) məğlub edib, "Qəbələ" - "Şamaxı" oyunu (0:0) heç-heçə ilə başa çatıb.

Misli Premyer Liqası. 3-cü tur

18:00 "Araz-Naxçıvan" - "Sabah" 0:1
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Kamranbəy Rəhimov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Törə Əhmədova
Qəbələ şəhər stadionu.

20:15 "Sumqayıt" - "Qarabağ" 0:1
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Eyyub İbrahimov, Əkbər Əhmədov
VAR: İnqilab Məmmədov
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
"SOCAR Polymer Arena".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR