son dəqiqə SON DƏQİQƏ
“Kəpəz”in sabiq futbolçusu I Liqa klubunda Filipe Kandido: “Yarışa sonuncu yerdən başlamışıq” Qurban Qurbanov: “Bunun üçün zaman lazımdır” 30 il bundan öncə qazanılan tarixi qələbənin qəhramanı ilə Dambrauskas: “Qələbəyə layiq idik” MPL: "Sabah" və “Qarabağ”dan minimalhesablı qələbə “Neftçi”də 3 illik müqavilə Yeni transferini açıqladı “Gəncəbasar”dan yeni transfer “Turan Tovuz”da ara qarışdı: Ehtiram Quliyev həm məşqçini, həm idarəçiləri danladı Messi millidəki karyerasını başa vurdu “Sumqayıt” - “Qarabağ”: I Liqada klubunu dəyişdi Millimiz Polşada birinci olub "Gəncəbasar"dan növbəti transfer "Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı

Dambrauskas: “Qələbəyə layiq idik”

Bölmə adı Sabah
Yayımlandı Dünən, 22:43

Misli Premyer Liqasının III turu çərçivəsində keçirilən “Araz-Naxçıvan” – “Sabah” (0:1) matçından sonra qonaqların baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında oyunla bağlı təəssüratlarını bölüşüb.

Sport1.az xəbər verir ki, mütəxəssis avrokubok matçından sonrakı çətinliklərdən, hava şəraitindən və komandasının qələbəsindən söz açıb:

"Bu gün bizi necə bir oyunun gözlədiyini bilirdik, çünki avrokubok qarşılaşmasından, bu qədər emosiya və əlavə vaxtdan sonra asan olmayacağını anlayırdıq. Üstəlik, oyundan əvvəl yağan çox güclü yağış da matça təsir etdi. Stadiona gələndə hətta bu oyunu keçirə biləcəyimizi belə bilmirdik, çünki həddindən artıq yağış yağmışdı, amma komandanın çıxışından və sərgilədiyimiz oyundan çox razı qaldım. Hesab edirəm ki, ilk 45 dəqiqənin tamamında və ikinci hissədə daha çox üstünlük bizdə idi. Ardıcıl olaraq təhlükəli məqamlar yaradırdıq. Bəlkə hücumlarımızın son mərhələsində, xüsusən rəqibin cərimə meydançasında bir az kəsərlilik çatışmırdı, lakin ümumilikdə daha yaxşı oynayan tərəf idik və bu qələbəyə layiq idik. Qol qapıçının səhvindən sonra bir az qəribə alındı, amma qol qoldur. Əgər qapını toxunulmaz saxlayıb qol vura bilirsinizsə, həmişə qalib gələcəksiniz. Oyunun sonlarında, xüsusən bu günkü kimi 1:0 öndə olduğumuz halda, rəqib nəsə etməyə çalışır və biz bir neçə səhvimizə görə cəzalandırıla bilərdik. Bəxtimizdən bu gün qapıçımız əla formada idi və rəqibin iki təhlükəli zərbəsini dəf etdi. İndi ən vacibi yenidən Bakıya dönüb, növbəti oyuna hazırlaşmaqdır. Şadam ki, bu gün yenə 3–4 mövqedə rotasiya etdik. Mövsümün əvvəlində çox şans qazanmayan oyunçulara bir az daha çox dəqiqə verdik. Deməli, hər şey plana uyğun getdi və indi irəli baxmaq, növbəti oyuna hazırlaşmaq vaxtıdır".

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR