"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Tvente" ilə ilk oyununun başlama vaxtı açıqlanıb.
Sport1.az xəbər verir ki, ilk qarşılaşma avqustun 20-də səfərdə keçiriləcək.
Duel Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Cavab matçı isə 1 həftə sonra - avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.