son dəqiqə SON DƏQİQƏ
Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ●

"Sabah" azarkeşləri Bakıda danimarkalılara hücum etdilər - İDDİA

Bölmə adı Çempionlar Liqası / Manşet
Yayımlandı 11-08-2026, 21:17

“Sabah” və “Orhus” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu öncəsi insident yaşanıb.

Sport1.az xəbər verir ki, “Orhus”un azarkeşləri “Bank Respublika Arena”ya gələrkən hücuma məruz qalıblar.

Bu barədə Danimarkanın “Bold” nəşri məlumat yayıb.

Mənbənin iddiasına əsasən, təxminən 175 danimarkalı tərəfdar mikroavtobuslarla stadion ərazisinə gətirilib. Onlardan bir qismi nəqliyyat vasitələrindən düşərkən qara geyimli 40-50 nəfərlik “Sabah” azarkeş qrupunun hücumuna məruz qalıb.

Şahidlərdən birinin sözlərinə görə, hadisə zamanı təhlükəsizlik əməkdaşlarının böyük hissəsi ərazidən bir neçə yüz metr uzaqda olub. Bu səbəbdən polisin müdaxiləsi bir neçə dəqiqə gecikib.

Nəticədə “Orhus” azarkeşləri stadionun girişinə doğru geri çəkilib. Daha sonra polis vəziyyətə nəzarəti təmin edib. İnsident zamanı Danimarka təmsilçisinin bir azarkeşinin gözünün üst nahiyəsindən xəsarət aldığı bildirilib.

Qeyd edək ki, stadionda təhlükəsizliyin təmin olunmasına 150-dən çox əməkdaş cəlb edilib. Həmçinin ərazidə hərbçilər də xidmət aparıb. “Orhus” azarkeşlərinin yerləşdirildiyi sektorun digər tribunadan tam ayrılmadığı da vurğulanıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR