son dəqiqə SON DƏQİQƏ

"Qarabağ" millinin üzvü ilə maraqlanır

Bölmə adı Qarabağ
Yayımlandı Bu gün, 17:06

Yay "transfer pəncərəsi"ndə heyətini yeniləyən "Qarabağ" İndoneziya millisinin futbolçusu ilə maraqlanır.

Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi mərkəz müdafiəçisi Castin Hubneri transfer etməyi düşünür.

22 yaşlı oyunçu "Vulverhempton" (İngiltərə), "Çerezo Osaka" (Yaponiya) klublarından forma geyinib.

Hubner 2025-ci ildən "Fortuna"da (Niderland) çıxış edir.

Castin yığmada 21 qarşılaşmada şans qazanıb və 1 dəfə qol sevinci yaşayıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR