"Elə təsir bağışlayırdı ki, "Dinamo" (Kiyev) ilə "Qarabağ" daha çox səhv etməkdə bir-biri ilə yarışırdı".
Sport1.az xəbər verir ki, bu sözləri Ukrayna təmsilçisinin sabiq futbolçusu Viktor Leonenko deyib.
O, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələn komandaların çoxsaylı səhvlərə yol verdiyini bildirib:
"Şükürlər olsun ki, "Dinamo" heç olmasa qol epizodları yaratdı. Onlardan istifadə etmədik. "Dinamo" 3:0 qalib gələ bilərdi".
57 yaşlı Viktor Ağdam təmsilçisinin performasını sərt tənqid edib:
"Qarabağ" yalnız topa mənasız nəzarət edirdi. İlk hissənin sonun Jali Muaddibin bir epizodu oldu və o, başla hara gəldi zərbə vurdu. Onların səviyyəsi elə budur".
Xatırladaq ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk duelində Kiyev "Dinamo"su "köhlən-atlar"ı məğlub edib - 1:0.