son dəqiqə SON DƏQİQƏ
U-21 millimizin baş məşqçisi Rəşad Eyyübov jurnalistlərin önünə çıxacaq "Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik”

Tanınmış məşqçi "Neftçi"dən ayrıldı

Bölmə adı Neftçi
Yayımlandı 8-08-2026, 09:58

"Neftçi"nin qapıçılar üzrə məşqçisi Elxan Ağayev klubdan ayrılıb.

Sport1.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında etdiyi paylaşımda məlumat verib:

"Baza qazonundan tutmuş tribunaların hər bir səsinə qədər bütün ömrümü, 8 ilimi verdim bu ada... "Neftçi".

​Burada keçən hər gün mənim üçün sadəcə məşq deyil, həyat dərsi idi. Hər səhər bazaya gələndə bu böyük ailənin bir parçası olmaqdan qürur duymuşam. Amma elə anlar olur ki, yollar ayrılır. Bu dəfə yeni bir səhifəyə yer ayırmaq üçün vidalaşıram.

​8 il... Bu, sadəcə rəqəm deyil - qazanılan qələbələr, tökülən tər damlaları, çiyin-çiyinə döyüşdüyümüz döyüşlərdir.

​Ən başlıcası isə, bu illər ərzində yanımdan ötüb keçən hər bir futbolçu mənim övladım oldu. İstedadlı tələbələrim, qapıda qurduğu divarlarla qürur duyduğum Rza Cəfərov, meydandakı əzmi ilə fərqlənən Nicat Qaragözlü və Rəvan Kazımov... Sizin Premyer Liqada addımladığınızı, hər gün bir az daha böyüdüyünüzü görmək mənim üçün ən böyük mükafat idi. İnanıram ki, hələ çox zirvələr fəth edəcəksiniz, mənim qartallarım.

Əlbəttə, meydanda olmasaq da, hər saniyə nəfəsini arxamızda hiss etdiyimiz, ağ-qara sevdanı canından üstün tutan əziz azarkeşlər... Siz bu klubun ürəyisiniz. Tribunaların o möhtəşəm səsi mənim üçün həmişə ən gözəl musiqi olub. Haqqınızı halal edin. Mənim tərəfimdən də kimin üzərində haqqım qalıbsa, min dəfə halal xoşu olsun.

​Ağ-qara rənglər həmişə ürəyimdə qalacaq.

Hələlik, əziz "Neftçi" ailəsi. Sağ olun ki, var idiniz".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR