"Hələ heç nə bitməyib, son dəqiqəyə kimi döyüşəcəyik. Bizim xarakterimizdə təslim olmaq yoxdur".
Sport1.az xəbər verir ki, bu sözlərə "Qarabağ"ın hücumçusu Musa Qurbanlı sosial şəbəkə hesabında etdiyi paylaşımda yer ayırıb.
Azərbaycan millisinin futbolçusu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo"ya (Kiyev) məğlubiyyətdən sonra (0:1) bunu yazıb.
Xatırladaq ki, "Qarabağ" - "Dinamo" oyunu avqustun 13-də Bakıda baş tutacaq.