son dəqiqə SON DƏQİQƏ
Yuri Maksimov "Araz-Naxçıvan"da U-21 millimizin baş məşqçisi Rəşad Eyyübov jurnalistlərin önünə çıxacaq "Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır”

"Qarabağ"ı məyus edən qolun müəllifi: "Daha çox fərqlənəcəyəm"

Bölmə adı Qarabağ
Yayımlandı 7-08-2026, 09:33

"Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Dinamo"ya (Kiyev) uduzub - 0:1.

Sport1.az xəbər verir ki, həmin matçda Ukrayna təmsilçisinin qələbə qolunun müəllifi olan Matvey Ponomarenko qarşılaşma ərzində çoxlu səhvlər etdiklərini söyləyib.

O, Polşada baş tutan duel barədə danışarkən bunları dilə gətirib:

"Yaxşı oldu ki, qalib gəldik. Düşünürəm ki, topla daha çox oynamalıyıq. Bunun üzərində çalışacağıq. Əsas odur ki, bu gün qalib gəldik və komanda yaxşı əhval-ruhiyyədə növbəti oyuna hazırlaşacaq. Bu gün minimal üstünlük qazandıq. Bakıda da qalib gəlməyə və mərhələni keçməyə çalışacağıq".

20 yaşlı hücumçu vurduğu qoldan da bəhs edib:

"Gördüm ki, meydanın mərkəzində topu ələ keçirdik və sürətli əks-hücum üçün imkan yarandı. Castin Lonveyk mübarizə apardı. Topun mənə tərəf gəldiyini gördüm, qol vura biləcəyimi hiss etdim, irəli qaçdım və topu qapıya göndərdim.

Allaha şükür, top tora düşdü və mən də qolsuzluq seriyasına son qoydum. Ümid edirəm ki, bu oyunda bəxtim açıldı və bundan sonra daha çox qol vuracağam, hər oyunda fərqlənməyə başlayacağam. İqor Kostyuk məni vurduğum qola görə təbrik etdi və oyuna görə təşəkkürünü bildirdi".

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR