"Qarabağ" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxıb.
Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi Polşada Kiyev "Dinamo"su (Ukrayna) ilə üz-üzə gəlib.
Təmsilçimiz rəqibinə 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 13-də Bakıda keçiriləcək.
Cütün qalibi pley-offda "Tvente" (Niderland) - "DAK 1904" duelinin güclüsü ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası. 3-cü təsnifat mərhələsi (ilk oyun)
21:00 "Dinamo" Kiyev (Ukrayna) - "Qarabağ" (Azərbaycan) 1:0
Baş hakim: Morten Kroq
Yan xətt hakimləri: Şteffen Bramsen, Viktor Skitte
Dördüncü hakim: Yakob Kelet (hamısı Danimarka)
Polşa, Lublin, "Arena Lublin".