son dəqiqə SON DƏQİQƏ
Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ●

Bakıda keçiriləcək Dünya Çempionatlarına hazırlıq

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 5-08-2026, 21:33

20 yaşınadək kişilər arasında futbol üzrə Dünya Çempionatınım 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin iclasında müzakirə edilib.

Sport1.az AFFA-ya istinadən xəbər verir ki, avqustun 5-də 20 yaşınadək kişilər arasında futbol üzrə Dünya Çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin iclası keçirilib.

 Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 iyul tarixli Sərəncamı ilə FIFA U-15 Dünya Çempionatı və Festivalının təşkili məsələlərinin də həmin Təşkilat Komitəsinə həvalə edildiyi nəzərə alınaraq, iclasda əvvəlcə sözügedən tədbirə hazırlığın mövcud vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifov iclası açaraq qeyd etmişdir ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-cı il oktyabrın 22-dən 31-dək Azərbaycanda keçiriləcək. Dünya futbol tarixində ilk dəfə keçiriləcək belə mötəbər və irimiqyaslı beynəlxalq idman tədbirinin keçirilməsinin ölkəmizə həvalə olunması Azərbaycana göstərilən yüksək etimadın növbəti təzahürüdür. Bu etimad Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına, beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə təşkilinə və ölkəmizin qlobal idman məkanındakı mövqeyinin möhkəmləndirilməsinə göstərdiyi davamlı diqqət və dəstəyin məntiqi nəticəsidir.

Əlavə olaraq qeyd olunub ki, tədbirdə 175-dən artıq ölkənin hər biri 20 nəfərdən ibarət nümayəndə heyəti ilə olmaqla iştirakı gözlənilir. FIFA bayrağı altında ilk dəfə keçiriləcək bu Gənclər Yarışının əsas məqsədi istedadların inkişafının ən yüksək beynəlxalq səviyyədə təmin edilməsidir.

İclasda FIFA U-15 Dünya Çempionatı və Festivalı ilə bağlı idman obyektlərinin yarışlara hazırlığı, tikinti və infrastruktur işlərinin gedişi, həmçinin, digər təşkilati məsələlər müzakirə olunub.

Daha sonra 20 yaşınadək kişilər arasında FIFA Dünya Çempionatının 2027-ci ildə Azərbaycanda və Özbəkistanda keçirilməsi ilə bağlı hazırlıq məsələlərinə baxılıb. Qeyd olunub ki, çempionatda 24 ölkənin milli komandası iştirak edəcək. Açılış və final oyunlarının, habelə digər oyunların təşkil olunacağı şəhərlərin müəyyənləşdirilməsi istiqamətində

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, FIFA və Özbəkistan Futbol Federasiyası ilə sıx əməkdaşlıq və müzakirələr davam etdirilir. İclasda FIFA U-20 Dünya Çempionatı ilə bağlı təşkilati məsələlər ətraflı müzakirə olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarından irəli gələn vəzifələrin vaxtında və yüksək səviyyədə icrasının təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Hər iki beynəlxalq tədbirlə bağlı qurumlararası əlaqələndirmənin gücləndirilməsi və təşkilati məsələlərin operativ həlli ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR