"Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Polşada "Dinamo" (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.
Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi matçın keçiriləcəyi Lublin şəhərinə yollanıb.
Xatırladaq ki, "Dinamo" (Kiyev) - "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
