"Neftçi"nin hücumçusu Elnur Abdullayev karyerasını Albaniyada davam etdirəcək.
Sport1.az xəbər verir ki, 18 yaşlı hücumçu "Besa" klubu ilə anlaşıb.
Buna qədər yarımmüdafiəçi Kamil Sadıqov da II Liqa təmsilçisi ilə müqavilə imzalayıb.
Xatırladaq ki, Elnur "ağ-qaralar"ın əvəzedicilərdən ibarət komandasında forma geyinib.