son dəqiqə SON DƏQİQƏ
U-21 millimizin baş məşqçisi Rəşad Eyyübov jurnalistlərin önünə çıxacaq "Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik”

Veteran futbolçudan iddialı açıqlama: "Əvəzedilməz futbolçu yoxdur"

Bölmə adı Sabah
Yayımlandı 5-08-2026, 14:52

"Sabah" UEFA Çempionlar Liqasında bu gün növbəti oyununa çıxacaq.

"Bayquşlar" III təsnifat mərhələsinin ilk matçını səfərdə "Orhus"a qarşı keçirəcək.

Görəsən, Masazır təmsilçisinin Danimarka çempionu ilə duelindən gözləntilər nədir?

Tarixində ilk dəfə qitənin birinci dərəcəli klub turnirində iştirak edən komanda əsas mərhələyə vəsiqə qazana bilər?

Suallarımızı veteran futbolçu Samir Əliyevə ünvanladıq.

Mütəxəssis Sport1.az-a açıqlamasında "Orhus"un güclü rəqib olduğunu vurğuladı:

"Danimarkanı avrokuboklarda həmişə "Kopenhagen" təmsil edib. "Orhus" həmin komandanı qabaqlayaraq çempion olub. Onlar da güclü rəqibdir. "Lex"lə ilk oyunda uduzmaqlarına baxmayaraq, Polşada qələbə qazanaraq mərhələni adlayıblar.

"Sabah" üçün oyun asan keçməyəcək. Çünki "Orhus" "Sabah"ın bundan öncə qarşılaşdığı rəqiblərdən daha güclü və keyfiyyətlidir. Ümid edək ki, təmsilçimiz səfərdən sərfəli nəticə ilə dönəcək. Hələ Bakıda cavab oyunu var. Komandanın Azərbaycanı layiqincə təmsil edəcəyinə inanaq. "Sabah" UEFA Çempionlar Liqasında ilk dəfə mübarizə aparır. Arzu edək ki, təmsilçimiz mərhələni keçən tərəf olsun".


Samir Əliyev yay "transfer pəncərəsi"ndə "Bazel"ə keçən Aaron Maludan da bəhs etdi:

"Sabah"ın heyətində ustalıq səviyyəsi yüksək olan keyfiyyətli futbolçular cəmləşib. Bunu ötən mövsüm "Qarabağ" kimi komandanı qabaqlayıb çempion olaraq sübut ediblər. Aaron Maludanın gedişi böyük itkidir. O, fərq yaradan futbolçu idi. Buna baxmayaraq, "Sabah" Çempionlar Liqasında Maludasız 2 mərhələ keçərək göstərdi ki, əvəzedilməz futbolçu yoxdur. "Sabah"ın həm də güclü baş məşqçisi var".

Xatırladaq ki, "Orhus" - "Sabah" qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR