Misir millisinin hücumçusu Məhəmməd Salah "Trabzonspor"la müqavilə imzalamaq üçün Türkiyəyə yollanıb.
Sport1.az xəbər verir ki, 34 yaşlı forvard Trabzon təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq.
Salah bu yay "Liverpul"dan ayrılıb.
O, Mersisayd klubunun heyətində iki dəfə İngiltərə çempionu (2019/2020, 2024/2025), UEFA Çempionlar Liqasının (2018/2019) və Klublararası dünya çempionatının (2019) qalibi olub.
Misirli İngiltərə Kubokunu (2021/2022), İngiltərə Liqa Kubokunu (2021/2022, 2023/2024), İngiltərə Super Kubokunu (2022) və UEFA Super Kubokunu (2019) qazanıb.