"Sabah" İngiltərənin "Lester" klubunun futbolçusu Hamza Çoudhurinin transferini bitirmək üzrədir.
Sport1.az xəbər verir ki, Banqladeş mətbuatı artıq bu keçidin baş tutduğunu yazıb.
Azərbaycan çempionu 28 yaşlı yarımmüdafiəçini icarə əsasında heyətinə cəlb edib.
O, karyerası ərzində sadəcə İngiltərədə forma geyinib.
Hamza "Burton", "Şeffild Yunayted", "Uotford"da çıxış edib.