Bosniya və Herseqovinalı hücumçu Edin Ceko "Şalke" müqavilənin müddətini artırıb.
Sport1.az xəbər verir ki, Bundesliqaya vəsiqə qazanan klub 40 yaşlı forvardla 1 illik sözləşmə imzalanıb.
DÇ-2026-da da çıxış edən Ceko bu gün komandanın təlim-məşq toplanışına qoşulub.
O, 2025/26 mövsümündə "Şalke"nin heyətində ümumilikdə 11 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Edin karyerası ərzində "Volfsburq", "Mançester Siti", "Roma", "İnter", "Fiorentina" və "Fənərbağça" kimi klublarda oynayıb.