"İmişli" Ronaldo Souza ilə yollarını ayırıb.
Sport1.az xəbər verir ki, klub 28 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddətini yeniləməyib.
O, 2025/26 mövsümündə bölgə təmsilçisinin heyətində ümumilikdə 30 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.