"Çempionlar Liqası xəyalı" və "qorxunc püşk"

Bölmə adı Futbol
Yayımlandı Dünən, 12:26

Azərbaycan çempionu "Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus"a uduzsa, Avropa Liqasına yuvarlanacaq.

Sport1.az xəbər verir ki, bu dueldə məğlub olan tərəf həmin turnirin pley-off mərhələsində "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Bu, Danimarka mətbuatında "qorxunc püşk" adlandırılıb.

Eyni zamanda, "Orhus"un qitənin birinci dərəcəli klub turnirində iştirakı ilə bağlı bu sözlərə yer verilib:

"Orhus" Çempionlar Liqasında iştirak etməyi xəyal edir".

Xatırladaq ki, tərəflər arasında ilk matç sabah baş tutacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR