"Buna sözün yaxşı mənasında təəccübləndim. Azarkeşlərimiz performansımı müsbət dəyərləndirdikləri üçün xoşbəxtəm".
Sport1.az xəbər verir ki, bu sözləri yay "transfer pəncərəsi"ndə "Qarabağ"dan "Polessye"yə keçən Leandro Andrade deyib.
O, Ukrayna Premyer Liqasının I turunun "Çernomorets"lə matçından sonra (2:1) fikirlərini bölüşüb.
Andrade futbol ekspertlərinin onun oyun üslubu haqqında səsləndirilən müsbət fikirlərə belə münasibət bildirib:
"Bu barədə məlumatım yox idi, lakin eşitdiklərim məni sevindirir. Komandamın qələbə qazanmasında pay sahibi olmaq istəyirəm".
Leandro matç ərzində qapıya çox zərbə endirə bilmədiyini və bu səbəbdən çıxışından narazı qaldığını dilə gətirib.