"Neftçi" Misli Premyer Liqasında 2026/27 mövsümünün hazırlığına start verib.
Sport1.az xəbər verir ki, Minsk "Dinamo"suna (Belarus) məğlub olaraq avrokuboklarda mübarizəni dayandıran "ağ-qaralar"ın istirahəti başa çatıb.
Paytaxt təmsilçisi "Palms Sports" Futbol Mərkəzində baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında məşqə çıxıblar
Xatırladaq ki, "Neftçi" yarışın ilk turunu səfərdə keçirəcək və "Sumqayıt"ın qonağı olacaq.
