Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirəcək.
Sport1.az xəbər verir ki, o, 2026/27 mövsümündən Super Liqada çıxış edəcək "Ərzurumspor"la anlaşıb.
23 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Xatırladaq ki, bu ilin fevralında "Kolambus Kryu" (ABŞ) klubuna keçən Nəriman okeanın o tayında qol vura bilməyib.