Pley-offun püşkatması keçiriləcək

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 3-08-2026, 10:38

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sport1.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirdə Azərbaycan çempionu "Sabah"ın potensial rəqibi müəyyənləşəcək.

Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv ilk təsnifat mərhələsində Uelsin TNS klubunu (2:0, 2:1), ikinci raundda Finlandiya təmsilçisi "KuPS"u (1:0, 2:0) iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb.

Komanda III təsnifat mərhələsində Danimarkanın "Orhus" klubu ilə üz-üzə gələcək.

Yarışın pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri 25-26-da keçiriləcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR