son dəqiqə SON DƏQİQƏ
I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ●

"Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq"

Bölmə adı Azərbaycan
Yayımlandı 24-07-2026, 18:43

Yenidən Peşəkar Futbol Liqasının (PFL) prezidenti seçilən Elxan Səmədov bununla bağlı fikirlərini bölüşüb.

Sport1.az xəbər verir ki, o, Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracaqlarına inandığını dilə gətirib:

"Mənə göstərilən böyük etimada görə Peşəkar Futbol Liqasının üzvü olan bütün klublarımıza, bizə dəstəyini əsirgəməyən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına, şəxsən AFFA-nın prezidenti cənab Rövşən Nəcəfə təşəkkürümü bildirirəm. Çalışdığım müddətdə futbol ailəsinin, media nümayəndələrinin diqqətini, dəstəyini görmək, həmrəyliyini hiss etmək həmişə əlavə güc verib.

Komandamla birlikdə əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, bizə bəslənilən bu yüksək inamı əməli fəaliyyətimizlə tam şəkildə doğruldaq. İnanıram ki, AFFA, eləcə də futbol ailəsinin hər bir üzvünün qarşılıqlı dəstəyi nəticəsində vahid məqsəd ətrafında birləşərək, ortaq səylərimizlə Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq".

Xatırladaq ki, Səmədov 2022-ci ildən bu yana PFL-in prezidenti vəzifəsini icra edir.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR