son dəqiqə SON DƏQİQƏ
I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ●

Rəşad Sadıqov: “Avrokuboklarda oyunlar həmişə fərqli olur”

Bölmə adı Konfrans Liqası
Yayımlandı 23-07-2026, 23:58

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Payde"yə 0:1 hesabı ilə məğlub olan "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra mətbuat konfransında iştirak edib.

Sport1.az xəbər verir ki, mütəxəssis cavab qarşılaşmasında mərhələni keçməyə çalışacaqlarını bildirib:

"İlk hissədə təzyiq etməklə rəqib üzərində üstünlük yaratdıq. Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik. İkinci hissəyə fəal başladıq. Son 15-20 dəqiqə ərzində oyun bərabərləşdi. Bəzi məqamlarda artıq rəqib də təhlükəli olmağa başladı. Oyundan əvvəl də vurğulamışdım ki, rəqibin avrokubok təcrübəsi var. Bunu matçın sonunda hiss etdik. Evdəki oyunda rəqib üzərində qələbə qazanaraq mərhələni keçmək istəyirik".

Baş məşqçi Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvinin məğlubiyyətə aidiyyatı olmadığını da vurğulayıb:

"Düşünürəm ki, legioner limiti ilə bağlı məsələ bir gün ərzində ediləcək müzakirə deyil. Limitin ləğvinin məğlubiyyətimizə aidiyyatı yoxdur. Bu gün rəqib qalib gəldi. Biz də səfərdə qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Avrokuboklarda oyunlar həmişə fərqli olur. Bilirdik ki, keçirdiyimiz iki görüşdən sonra rəqib bizi yaxşı təhlil edib. Bizə oynamağa imkan verməməyə çalışacaqlar. Səfərdə rəqib üstün oldu. Evdə isə çalışacağıq ki, üstün tərəf biz olaq".

Qeyd edək ki, cavab qarşılaşması iyulun 30-da baş tutacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR