son dəqiqə SON DƏQİQƏ
Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ●

Qusarda “Media Kuboku-2026” start götürüb

Bölmə adı Futbol / Azərbaycan
Yayımlandı 18-07-2026, 20:46

Azərbaycan Milli Mətbuat Günü ərəfəsində Qusarda jurnalistlər arasında keçirilən “Media Kuboku-2026” minifutbol turnirinə start verilib.

Sport1.az xəbər verir ki, Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, “Avrora Qrup”un baş sponsorluğu ilə Qusar Olimpiya İdman Kompleksində keçirilən yarışın açılış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri, şəhid ailələrinin üzvləri və ictimai xadimlər iştirak ediblər.

Turnirdə iştirak edən komandalar Azərbaycan mətbuat tarixində mühüm yer tutan “Əkinçi”, “Ziya”, “Tərəqqi” və “Həyat” qəzetlərinin adını daşıyır.

İlk oyunlarda “Əkinçi” komandası “Ziya”nı 5:3, “Tərəqqi” isə “Həyat”ı 3:2 hesabı ilə məğlub edib.

Beləliklə, iyulun 19-da keçiriləcək finalda “Əkinçi” ilə “Tərəqqi” qarşılaşacaq. Üçüncü yer uğrunda oyunda isə “Ziya” və “Həyat” komandaları üz-üzə gələcək.

Qalib komandaya kubok təqdim olunacaq, ilk üç yerin sahibləri medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediləcəklər.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR