son dəqiqə SON DƏQİQƏ
Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ●

Qadın liqalarının klub nümayəndələri ilə görüş keçirilib

Bölmə adı Futbol / Azərbaycan
Yayımlandı 16-07-2026, 18:44

AFFA-nın Qadın Futbolu Departamentinin və 2026/2027-ci illər mövsümündə qadın liqalarında iştirak edəcək komandaların nümayəndələri arasında görüş keçirilib.

Sport1.az xəbər verir ki, qurumun inzibati binasında baş tutan tədbirdə Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, texniki direktor Emrah Aykurt, qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov, U-17 (qızlar) millinin baş məşqçisi Xanlar Əliyev və U-15 (qızlar) millinin baş məşqçisi Rövşən Qasımov iştirak ediblər.

Görüşdə ötən mövsümün yekunları ilə bağlı fikir mübadiləsi aparılıb, komandalar arasında öncədən aparılmış elektron sorğuda qeyd olunan təkliflər müzakirə olunub. 2026/2027-ci illər mövsümündə AFFA-nın bayrağı altında keçiriləcək qadın liqalarının formatı, eləcə də növbəti mövsümlərdə yarışların təşkili və keçirilməsi ilə bağlı planlaşdırılan dəyişikliklər barədə tərəflərin rəyləri öyrənilib.

Müzakirələrin daha səmərəli baş tutması məqsədilə klubların nümayəndələri və liqalar üzrə koordinatorlar da dəvət olunublar.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR