"Karvan-Yevlax"ın çalışdırıcısı Ramiz Məmmədovun köməkçiləri müəyyənləşib.
Sport1.az xəbər verir ki, baş məşqçinin köməkçiləri Yaqubəliyev Məqsəd, Baxışov Mehman və Mustafayev Elşən bölgə təmsilçisinin məşqçilər korpusuna qoşulublar.
Azərbaycan millisinin sabiq qapıçısı Hüseyn Məhəmmədov isə I Liqa təmsilçisinin qapıçılar üzrə məşqçisi kimi çalışacaq.