son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ●

PSJ-də yeni bonus sistemi

Bölmə adı Futbol
Yayımlandı 13-04-2026, 17:05

PSJ-də yeni bonus sistemi tətbiq olunub.


Spoet1.az xəbər verir ki, bu barədə L’Équipe nəşri məlumat yayıb.



Məlumata görə, Paris klubunda futbolçular üçün yeni maliyyə stimullaşdırma sistemi hazırlanıb. Artıq oyun zamanı pre-assist, yəni qol ötürməsindən əvvəlki ötürməni edən futbolçular əlavə bonus qazanacaqlar.


Bu yanaşma komandanın baş məşqçisi Luis Enriquenin taktiki ideyalarını daha yaxşı anlamağa kömək edir. Belə ki, məhz bu ötürmələrin analizi hücumların qurulma məntiqini üzə çıxarır.


Xüsusilə diqqət çəkən məqam isə bəzi epizodlarda bir futbolçunun həm qol vurması, həm də həmin hücumun əvvəlində pre-assist müəllifi olmasıdır.


Buna misal olaraq UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ ilə “Liverpul” arasında keçirilən ilk oyun göstərilir. Aprelin 8-də baş tutan görüşdə Paris klubu 2:0 hesabı ilə qalib gəlib. Həmin matçda Xviça Kvaratsxeliya uzun hücum kombinasiyasının sonunda fərqlənib. gürcü hücumçu həmin epizodda Pre-assist müəllifi də olub.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR