son dəqiqə SON DƏQİQƏ
Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur"

"Sabah"dan qələbə, "Qarabağ" "Neftçi"ni məğlub etdi - YENİLƏNDİ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 19-04-2025, 21:53

Misli Premyer Liqasında XXXI tur davam edir.

Sport1.az xəbər verir ki, ikinci oyun gününün matçları Bakıda keçirilib.

Paytaxt derbisində “Sabah” “Səbail”i qəbul edib. Uğursuz mövsüm keçirən Vasili Berezutskinin yetirmələri autsayderi sınağa çəkib. "Səbail" bu görüşdə hesabda iki dəfə önə keçsə də, qələbə qazana bilməyib. Oyun "Sabah"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günə Azərbaycan derbisi ilə yekun vurulub. Çempionluğun bir addımlığında olan “Qarabağ” keçmişinin kölgəsinə çevrilən “Neftçi”ni qəbul edib. Qurban Qurbanovun komandası birinci hissədə oyunun taleyini həll edib. Üç cavabsız qol vuran ağdamlılar çempionluğa bir addım da yaxınlaşıblar.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Misli Premyer Liqası
XXXI tur
19 aprel (şənbə)

17:30. “Sabah” – “Səbail” - 3:2
Qollar: Sofian Çakla, 31. Dmitro Litvin, 82 (öz qapısına). Coy Lens Mikels, 90+3 - İnnosent Nşuti, 21. Suleyman Alluş, 74

20:00. “Qarabağ” – “Neftçi” - 3:0
Qollar: Abdullah Zubir, 22. Yassin Benzia, 40 (p.). Nəriman Axundzadə, 41

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR