son dəqiqə SON DƏQİQƏ
Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur"

Elmar Baxşıyev: "Hakimlikdən danışmaq istəmirəm"

Bölmə adı Futbol / Azərbaycan / Premyer Liqa
Yayımlandı 18-04-2025, 21:33

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 31-ci turu çərçivəsində öz meydanında "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

Sport1.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Ağır oyun alındı. Hər iki komanda meydançada yaxşı mübarizə apardı. Ümumi götürəndə, bilirdik ki, bizi hansı təhlükə gözləyir. Komandanı çətin oyuna hazırlaşdıranda, rəqibin üstün cəhətlərini bildirmişdik. Yolumuza davam edirik.

- Bir xal qənaətbəxş sayırsız?

- Çempionatın sonu yaxınlaşır, hər xal xalımızın üzərinə xal gətirir. "Turan Tovuz" rəqiblərimizdən biridir. Onlar da meydanda öz iddialarını göstərirdilər. Elə oyun gedirdi ki, hər iki komanda qalib gələ bilərdi.

- Kubok oyununu düşünərək bu görüşdə nəsə dəyişiklik etmişdiz?

- Heyətimiz geniş deyil. Zədəlilərimiz də var. Bu da rotasiyaya getməyə imkan vermir.

- Hakimliklə bağlı fikriniz necədir? Vandersonu ilk səhvində bağışlamadı, amma Faiq Hacıyevə qarşı yumşaq davrandı...

- Hakimlikdən danışmaq istəmirəm. Verdiyi qərara hörmətlə yanaşmalıyıq. Bu tip oyunlarda özünüz də görürsüz ki, hər iki komanda mübarizə aparır. Məncə, ikinci sarı vərəqə...Hakimlər özləri də deyir ki, ucuz sarı vərəqdir.

- Matçdan sonra Nuno Rodriqeslə danışığınız oldu. Nə söhbət edirdiz onunla?

- Oyuna çıxanda nə etməli olduğunu bildirmişdim. Verdiyim təlimatlarla bağlı danışdıq.

- "Qarabağ"la kubok görüşündən gözləntiniz nədir?

- Bizim üçün hər oyun önəmlidir. Bu matçı unudub, komandanı qarşıdakı görüşə hazırlayacağıq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR