
Avrokuboklara idman və infrastruktur baxımdan daha yaxşı hazırlaşması məqsədilə "Turan Tovuz" - "Sabah" oyunun məkanında dəyişiklik edilib.
Sport1.az qərb təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz şəhər stadionunda aparılan təmir-bərpa işlərininin ləngiməməsi üçün Peşəkar Futbol Liqasına müraciətimizə əsasən Misli Premyer Liqasının XXXIII turunun "Turan Tovuz" - "Sabah" oyunu Bank Respublika Arenada keçiriləcək.
Stadionu avrokubok oyunlarına hazırlamaq üçün işlər gücləndirilmiş iş rejimində həyata keçirilir. "Turan Tovuz"un məqsədi avrokubok oyununu doğma meydanda keçirməkdir.