son dəqiqə SON DƏQİQƏ
UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer

"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür edib

Bölmə adı Premyer Liqa
Yayımlandı 12-02-2026, 21:54

"Qarabağ" FK-nın prezidenti Tahir Gözel Misli Premyer Liqasının 21-ci turunda "Neftçi" ilə keçirilməli olan oyunun təxirə salınmasına razılıq verdiyi üçün rəqib kluba xüsusi təşəkkür edib.


“Qarabağ” UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksələrək, Azərbaycan futbol tarixində yeni və əlamətdar səhifə açıb. Bu, təkcə klubumuzun nailiyyəti deyil, eyni zamanda ölkə futbolunun beynəlxalq arenada artan nüfuzunun və davamlı inkişafının göstəricisidir.


“Nyukasl” klubuna qarşı keçiriləcək pley-off mərhələsinin iki oyunu arasında cəmi 6 günlük fasilənin olması, həmçinin bu müddət ərzində komandamızın İngiltərəyə uzun səfər edəcəyini nəzərə alaraq, klubumuz Misli Premyer Liqasının 21-ci turu çərçivəsində “Neftçi” PFK ilə keçirilməli olan oyunun təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlayıb.


Peşəkar Futbol Liqası da öz növbəsində Əsasnaməyə uyğun olaraq “Neftçi” PFK-nın razılığını alıb və qarşılaşmanın başqa tarixə keçirilməsi barədə qərar qəbul edib.


Sport1.az xəbər verir ki, “Qarabağ”ın prezidenti Tahir Gözel bununla bağlı Ağdam təmsilçisinin rəsmi saytına açıqlama verib. O, göstərilən anlayış və dəstəyə görə “Neftçi” klubuna təşəkkürünü bildirib:


“Oyunun təxirə salınması ilə bağlı göstərilən anlayış və konstruktiv mövqeyə görə “Neftçi” PFK-nın rəhbərliyinə və İdarə Heyətinə səmimi təşəkkürümü bildirirəm. “Neftçi” klubu bu qərarı ilə bir daha öz futbol ənənəsinə, əsalətinə və Azərbaycan futbolunun ümumi maraqlarına sadiqliyini nümayiş etdirdi. Bu addım sübut etdi ki, rəqabət nə qədər prinsipial olsa da, milli ruh, qarşılıqlı hörmət və birlik hər zaman prioritet olaraq qalır.


İnanıram ki, bu cür yanaşmalar ölkə futbolunun inkişafına və klublar arasında sağlam münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, müraciətimizə Əsasnaməyə uyğun, operativ və obyektiv şəkildə yanaşdığına görə Peşəkar Futbol Liqasına minnətdarlığımı bildirirəm.


“Neftçi” PFK-ya gələcək fəaliyyətində uğurlar arzulayıram”.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR