son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klublarının yay transferləri Yeni idman zalının və minifutbol meydançasının açılış mərasimi olub "Sumqayıt" Basketbol Klubunun məşqçilər korpusu müəyyənləşib Çempionlar Liqası: Təmsilçimizin oyunlarının yeri və tarixi açıqlanıb U-21 Millimizin seçmə mərhələdəki matçının hakim təyinatları açıqlanıb "Turan Tovuz" - "Fənərbağça": Yoldaşlıq matçında anşlaq olacaq "Şəki" çempionatdan uzaqlaşdırıldı, onları əvəzləyəcək klub bəlli oldu "Orada əsas klub futboludur, milli komandaya böyük təzyiq yoxdur" Şahmat Olimpiadası: Yığma komandalarımız üçün növbəti sınaq Millimizin oyunlarının biletləri 3 manatdan satışa çıxarılıb "Araz-Naxçıvan" baş məşqçi postuna legioner çalışdırıcı gətirir "Avropaya qayıtmaq istəyirdim" Boksçularımızdan biri yarımfinala, digəri 1/4 finala adını yazdırıb "Neftçi" daha bir futbolçu ilə anlaşdı Cəlal Hüseynovun komandası növbəti qələbəsini qazanıb Çimərlik voleybolçularımız Avropa Çempionatında iştirak ediblər “Hypers” evdə məğlub oldu “Qaradağ Lökbatan”dan darmadağın Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır“ Cüdoçularımızdan daha 3 medal “Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı bəlli oldu “Zəngəzur”dan inamlı qələbə “Kür-Araz” - “Difai” oyununda 8 qol 4 cüdoçumuz mundialda "Şamaxı"ya məğlub olmalı deyildik, amma uduzduq və çox məyusuq" II Liqa: Bu gün 4-cü turun oyunlarına yekun vurulub Millimiz "Qəbələ" ilə heç-heçə etdi Prezident U-15 Dünya Çempionatı ilə bağlı daha bir sərəncam imzaladı

III MDB oyunlarının keçiriləcəyi məkanlara baxış keçirildi

Bölmə adı Digər
Yayımlandı 10-04-2025, 13:03

Gənclər və idman naziri Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq işləri çərçivəsində inşası davam edən Yevlax Olimpiya İdman Kompleksinə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev ilə birlikdə baxış keçirib.

Sport1.az xəbər verir ki, nazir tikinti işlərinin vəziyyəti ilə yerində tanış olub, müasir standartlara cavab verəcək kompleksin funksionallığı ilə bağlı cavabdeh şəxslərlə müzakirələr aparıb, müvafiq tövsiyələr verib.

III MDB Oyunlarının boks yarışları məhz bu kompleksdə keçiriləcək.

Nazir həmçinin Mingəçevirdə yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində aparılan əsaslı təmir işləri ilə də maraqlanıb. III MDB Oyunlarının akademik avarçəkmə, kanoe, taekvondo, karate idman növləri üzrə yarışları bu mərkəzdə təşkil ediləcək.

Nazir Fərid Qayıbov Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ilə birlikdə Qəbələ Olimpiya İdman Kompleksində aparılan əsaslı təmir işlərinin gedişi ilə də yerində tanış olub. Təmir-bərpa işlərinin yüksək səviyyədə və vaxtında başa çatdırılmasının vacibliyini qeyd edən nazir Fərid Qayıbov hər iki idman qurğusunda aparılan təmir işləri ilə bağlı mütəxəssislərlə fikir mübadiləsi aparıb. Nazir həmçinin Şəki Olimpiya İdman Kompleksinin hazırkı vəziyyəti və davam edən təmir işləri ilə maraqlanıb, müvafiq tövsiyələr verib. Fərid Qayıbov səfər çərçivəsində Şəki şəhər stadionuna da baxış keçirib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR