son dəqiqə SON DƏQİQƏ

AFFA Ayxan Abbasovla bu şərtlərlə razılaşdı - ÖZƏL

Bölmə adı Milli / Manşet
Yayımlandı 28-09-2025, 14:02

Azərbaycan milli komandasının yeni baş məşqçisi bəlli olub.

Sport1.az-a daxil olan məlumata görə, yığmamızı Ayxan Abbasov çalışdıracaq. Mütəxəssislə "1+2" şərti ilə müqavilə imzalanacaq.

Ayxan Abbasov yığmamızı Dünya Çempionatının seçmə mərhələsinin 4 oyununa çıxaracaq. Mütəxəssisin rəhbərlik etdiyi komanda bu görüşlərdə ən azı 1 xal qazansa, məşqçinin müqaviləsinin müddəti artırılacaq.

Qeyd edək ki, yığmamız Dünya Çempionatının seçmə mərhələsində D qrupun yer alıb. Komandamız 2 oyuna 1 xal qazanmağı bacarıb. Millimizin növbəti görüşü Fransaya qarşı olacaq. Qarşılaşma oktyabrın 10-da Parisdə keçiriləcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR