16:30 30.12.2025 166

AMADA 2025-ci ili mühüm nailiyyətlərlə başa vurur

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2025-ci ili genişmiqyaslı fəaliyyət və mühüm nailiyyətlərlə yekunlaşdırır.


Sport1.az xəbər verir ki, cari il ərzində agentlik beynəlxalq standartlara uyğun fəaliyyətini daha da gücləndirib, qabaqcıl təcrübə və innovativ yanaşmaların tətbiqi ilə ölkədə antidopinq nəzarətinin keyfiyyətini yeni mərhələyə yüksəldib. 2025-ci il AMADA üçün strateji baxımdan əhəmiyyətli beynəlxalq tədbirlər, elmi-praktik müzakirələr və məqsədyönlü təşəbbüslərlə yadda qalıb.


İl ərzində idmançılardan ümumilikdə 1100 dopinq testi götürülüb. Test Bölüşdürmə Planı 29 idman növünü və 53 alt növü əhatə edib. Milli və beynəlxalq yarışlar daxil olmaqla, 45 turnirdə nümunə toplama prosesi AMADA tərəfindən həyata keçirilib. Testlərin 81,7 faizi Bakı və Sumqayıtda, 18,3 faizi isə bölgələrdə aparılıb. Ötən illə müqayisədə regionlarda testlərin sayında artım müşahidə olunub.


2025-ci il ərzində agentlik tərəfindən 19 yeni antidopinq qayda pozuntusu aşkar edilərək müvafiq işlər başlanılıb. Hesabat dövründə ümumilikdə 73 təhqiqat işi aparılıb, 10 idmançının nümunəsində atipik nəticələr qeydə alınıb. Həmin hallar üzrə əlavə araşdırmalar aparılıb, yeni nümunələr toplanıb və əlavə laborator analizlər sifariş edilib.


Bu dövrdə həm cari ildə, həm də əvvəlki illərdə açılmış işlər daxil olmaqla 22 iş yekunlaşdırılıb. Onlardan 17-si sanksiya ilə nəticələnib. Aşkarlanan qayda pozuntuları boksda 5, güləş, kikboksinq və qol güləşində 2, digər idman növlərində – futbol, basketbol, karate, atıcılıq, atletika və pauerliftinq üzrə isə 1 hal olmaqla qeydə alınıb.


Maarifləndirmə AMADA-nın əsas və strateji fəaliyyət istiqamətlərindən biri olaraq qalır. 2025-ci ildə 4292 nəfəri əhatə edən ümumilikdə 106 maarifləndirmə tədbiri təşkil edilib.


Agentliyin təşəbbüsü ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində “Qadağan olunmuş maddələrlə mübarizədə qurumlararası əməkdaşlığın perspektivləri” mövzusunda qapalı dəyirmi masa keçirilib. Eyni zamanda “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “İdmanda hüquq və ədalət: yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfrans təşkil olunub.


Bundan əlavə, AMADA tərəfindən UNESCO-nun antidopinq sahəsində maliyyələşdirmə proqramına təqdim edilən layihə beynəlxalq müsabiqədə qalib elan edilib. Beynəlxalq Test Agentliyinin (ITA) hazırladığı “Milli Olimpiya Komitələri üçün təmiz idman təhsili bələdçisi”ndə AMADA-nın maarifləndirmə fəaliyyəti beynəlxalq nümunə kimi göstərilib. Agentlik, həmçinin Böyük Britaniyanın Antidopinq Agentliyi (UKAD) tərəfindən koordinasiya olunan Data analitikası üzrə İşçi Qrupunun fəal üzvü olub.


2025-ci ildə AMADA Avropa antidopinq siyasəti çərçivəsində gender istiqamətinə rəhbərlik edib. Bu fəaliyyət Ümumdünya Antidopinq Agentliyi üzrə Ad Hoc Avropa Komitəsində (CAHAMA), eləcə də Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq Qrupunun (T-DO) “Gender bərabərliyinin antidopinq siyasətinə inteqrasiyası” üzrə ekspert qrupunda koordinasiya edilib.


Agentlik ölkəmizdə ilk dəfə keçirilən III MDB Oyunlarında testetmə və maarifləndirmə fəaliyyətləri ilə təmiz idman prinsiplərinə sadiqliyini nümayiş etdirib. Dopinq nəzarəti ilə yanaşı, 7 şəhəri əhatə edən geniş maarifləndirmə təşəbbüsləri vasitəsilə idmançılar, məşqçilər, həkimlər və idman ictimaiyyəti arasında dürüstlük və məsuliyyət dəyərləri təbliğ olunub.


Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində AMADA-nın dəstəyi, Azərbaycan Kosmik Agentliyi nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə Türkiyənin Bursa şəhərində yerləşən Kosmik Aviasiya Tədqiqat Mərkəzində məktəbli şəhid övladları üçün “Zəfər Yolu” qış düşərgəsi keçirilib. Düşərgədə Azərbaycanın müxtəlif bölgələrindən olan 10 şəhid övladı iştirak edib.


AMADA-nın təşəbbüsü ilə 7–13 aprel tarixləri ölkədə “Ədalətli idman həftəsi” elan olunub. “Ədalətli idman həftəsi – 2025” çərçivəsində sosial media platformalarında tematik paylaşımlar edilib, məlumatlandırıcı post və hekayələr yayımlanıb, idman ictimaiyyətinin tanınmış simalarının fikirləri təqdim olunub və müsabiqələr təşkil edilərək qaliblər mükafatlandırılıb.


Cari ildə AMADA Polşa, Litva və Avstriyanın milli antidopinq təşkilatları, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Azərbaycan Deflimpiya Komitəsi ilə əməkdaşlıq memorandumları imzalayıb.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

16:53

Yeniyetmə cüdoçular arasında region birinciliyi keçirilib

15:13

Avropa Liqası: Millimiz İspaniya ilə qarşılaşacaq

14:30

"Qarabağ" növbəti transfer həmləsi: Portuqaliyadan müdafiəçi gəlir

14:17

“Araz-Naxçıvan”dan ayrıldı, ölkəsində çıxış edəcək

11:52

8 şahmatçımız dünya çempionatında iştirak edəcək

10:53

“Şamaxı”da məşqçi heyəti bəlli oldu

09:54

DÇ-2026: Türkiyə Avstraliya ilə bacarmadı

00:38

La Liqa klubunda yeni müqavilə - RƏSMİ

00:23

"Qarabağ"dan növbəti transfer: Portuqaliyadan oyunçu gəlir

23:12

“Arsenal”ı “Bornmut”a dəyişə bilər

22:27

Avstriya millisində yeni müqavilə

21:54

Millilərimiz Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyunlarında mübarizə aparacaq

21:31

“Barselona”nın futbolçusu Fransa klubunun radarında

20:57

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

20:22

Avarçəkənlərimizdən Dünya Kubokunda bürünc medal

19:58

Yaya Ture Slovakiya klubunda - RƏSMİ

19:33

“Liverpul”un futbolçusu Premyer Liqada klubunu dəyişə bilər

18:54

Atletika üzrə ölkə çempionatına yekun vurulub

18:23

Braziliya millisinin sabiq üzvü VƏFAT ETDİ

18:00

DÇ-2026-da yeni rekord

17:30

"Arsenal" 40 milyon ödəməyə hazırdır

17:07

İnfantinonun zarafatından narazı qaldılar

16:46

Bundesliqa klubunun danışıq apardığı mütəxəssis

16:23

Mundialda tarixi nailiyyət

16:00

Dünya çempionatından sonra ayrılıq

15:45

Kyeza ölkəsinə qayıda bilər

15:29

Ronaldonu geridə qoydu

15:05

“Titulu qazanmaq üçün buradayıq”

14:44

“24 ildir gözlədiyimiz oyundur”

14:14

"Liverpul"dan London klubuna?

13:53

"Futbolçular böyük tərifə layiqdirlər"

13:43

“Turan Tovuz”a 3 milyonluq sponsor dəstəyi gəlir

13:26

"Şəfa"da yeni müqavilə - RƏSMİ

13:03

İngiltərə millisi üçün xoşagəlməz hadisə

12:12

25 milyonluq təklif

11:51

Təlim-məşq bazasının yaxınlığında cəsəd tapıldı

11:27

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

11:01

Levandovski ABŞ yolunda

10:49

Klub məşhur futbolçu ilə vidalaşdı

10:30

Futbol tarixində ilk

10:10

"Real" futbolçusunu bu ölkənin klublarına təklif etdi

09:50

Neymar ilk oyunu buraxacaq

09:29

PSJ "Monako"nun futbolçusunu istəyir

09:00

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

00:58

DÇ-2026: Ev sahibi Bosniya və Herseqovina ilə bacarmadı - YENİLƏNİB

23:56

MOK-un nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir

23:12

“Sabah”dan növbəti transfer - RƏSMİ

22:57

“Arsenal”ın futbolçusu “Beşiktaş” yolunda

22:27

Yaponiya millisinin üzvü Bundesliqa klubunda

21:56

“Yuventus”da rəhbər dəyişikliyi

21:39

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

20:54

Atletika üzrə ölkə çempionatına start verilib

20:42

Qış İdman Növləri Federasiyasının nümayəndələri FİS-in Beynəlxalq Xizək Konqresində iştirak ediblər

20:23

İtaliya klubunun yeni baş məşqçisi bəlli oldu

19:58

“Gəncə”dən yeni transfer

19:37

30 yaşlı hücumçu yenidən “Porto”da

19:28

AFFA-da klub nümayəndələri ilə görüş keçirilib

18:56

A Seriyası klubunda yeni təyinat - RƏSMİ

18:31

Millimiz Çində Dünya Kubokunda çıxış edəcək

18:00

"Barselona"dan Torres qərarı

17:30

"Sabah"ın yeni transferi üçün ödədiyi məbləğ

17:07

MLS klubu fransalı futbolçu ilə razılığa gəldi

16:45

"Arsenal"ın yeni transfer hədəfi

16:16

Bellinqemin mövqeyi dəyişə bilər

16:00

“Tanqoçular”da dəyişiklik

15:45

Bölgə klubunda ayrılıq

15:28

Müqavilələrlə bağlı yeni tələb

15:05

Martinesin durumuna aydınlıq gəldi

14:50

Boş tribunalara görə tənqid

14:30

PSJ-nin satmaq istədiyi futbolçu