son dəqiqə SON DƏQİQƏ

Ayxan Abbasovu U-21-də bu məşqçi əvəz edəcək - ÖZƏL

Bölmə adı Milli / Manşet
Yayımlandı 29-09-2025, 12:27

Ayxan Abbasovun millinin baş məşqçisi olacağını diqqətinizə çatdırmışdıq.

Sport1.az-a daxil olan məlumata görə, onunla yaxın günlərdə müqavilə imzalanacaq.

Təcrübəli mütəxəssis hazırda U-21 millimizi çalışdırır. Onu kimin əvəz edəcəyi də bəlli olub. Redaksiyamıza daxil olan məlumata görə, bu vəzifəni Rəşad Eyyubov icra edəcək.

Gənc məşqçinin təyinatı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, U-21 millisində və "Şamaxı"da çalışan Elnur Çodarov əsas yığmada da Ayxan Abbasovun köməkçisi olacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR