22:28 9.03.2026 180

“Barselona” forması oyuna mane oldu: Bölgə klubu bəyanat yaydı

“Şəmkir” bu gün II Liqada baş tutmayan oyunla bağlı Peşəkar Futbol Liqasına müraciət edib.


Sport1.az xəbər verir ki, klub “Şəmkir” – “Xankəndi” qarşılaşmasının keçirilməməsi ilə bağlı yaranmış vəziyyətə hüquqi qiymət verilməsini istəyib. Qərb təmsilçisi bildirib ki, meydan sahibi olan komanda oyuna tam hazır olsa da, rəqib komanda forma problemi səbəbindən matça başlaya bilməyib.


Klub məsələ ilə bağlı aşağıdakı bəyanatı yayıb:


“Hörmətli, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, departament rəhbəri Elgiz Abbasov!


Futbol üzrə Azərbaycan 2-ci Liqası çərçivəsində keçirilməsi nəzərdə tutulan Şəmkir PFK - Xankəndi FK oyununun baş tutmaması ilə bağlı baş vermiş vəziyyəti diqqətinizə çatdırmaq istəyirik ki, rəsmi təqvimə əsasən oyunun başlanma vaxtı saat 15:00 olaraq müəyyən edilmişdir. Meydan sahibi olan Şəmkir PFK-nın futbolçuları və məşqçi heyəti bütün qaydalara uyğun şəkildə, vaxtında – saat 15:00-da meydançaya daxil olmuş və oyunun başlanmasını gözləmişdir. Buna baxmayaraq, rəqib komanda Xankəndi FK forma uyğunsuzluğu səbəbindən oyuna başlaya bilməmişdir. Şəmkir komandası idman etikası və qaydalar çərçivəsində 45 dəqiqə müddətində meydançada rəqibini gözləmişdir. Lakin problem aradan qaldırılmamışdır.


Daha sonra isə təxminən 1 saat 30 dəqiqə keçdikdən sonra qonaq komanda üzərində nömrələr olmayan formalarla meydana çıxmağa cəhd etmişdir. Həmin formaların “Barcelona” klubunun dizaynına bənzər olduğu, lakin futbolçuların arxa hissəsində nömrələrin olmadığı qeyd olunmuşdur.


Məlum olduğu kimi, futbol qaydalarına və yarışın əsasnaməsinə əsasən hər bir futbolçunun formasının arxa hissəsində aydın görünən nömrə olmalıdır. Bu tələb oyun zamanı hakimlərin epizodları düzgün qeyd etməsi üçün zəruridir. Belə ki, vurulan qollar, göstərilən sarı və qırmızı vərəqələr, eləcə də digər oyun epizodları rəsmi protokolda məhz futbolçuların nömrələri ilə qeyd edilir. Bu səbəbdən nömrəsiz forma ilə oyuna çıxmaq futbol qaydalarına uyğun hesab edilə bilməz. Baş verən vəziyyət təəssüf ki, Xankəndi FK tərəfindən yarışın təşkilati qaydalarına lazımi səviyyədə əməl olunmadığını göstərir. Digər tərəfdən isə meydan sahibi olan Şəmkir PFK oyuna tam hazır olduğu, bütün qaydalara əməl etdiyi və əsasnamənin tələblərini yerinə yetirdiyi açıq şəkildə görünür.


Bu baxımdan yaranmış vəziyyətə obyektiv və ədalətli hüquqi qiymətin verilməsini Sizdən xahiş edirik. Əminik ki, Peşəkar Futbol Liqası Azərbaycan futbolunda qayda-qanunun və idman prinsiplərinin qorunması istiqamətində bu məsələyə də ədalətli yanaşacaqdır”.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

16:45

"Arsenal"ın yeni transfer hədəfi

16:16

Bellinqemin mövqeyi dəyişə bilər

16:00

“Tanqoçular”da dəyişiklik

15:45

Bölgə klubunda ayrılıq

15:28

Müqavilələrlə bağlı yeni tələb

15:05

Martinesin durumuna aydınlıq gəldi

14:50

Boş tribunalara görə tənqid

14:30

PSJ-nin satmaq istədiyi futbolçu

14:04

"Qalatasaray" PSJ-nin futbolçusu üçün hərəkətə keçdi

13:49

Məşhur futbolçunun oğlu "Liverpul"la müqavilə bağladı

13:25

"Sumqayıt"ın futbolçusu uzun müddət sıradan çıxdı

13:03

FIFA-dan milliyə qadağa

12:48

Koreyalı futbolçu üçün danışıqlar başladı

12:19

"Şəfa"dan növbəti transfer - RƏSMİ

12:02

Dünya çempionatının ən yaxşı futbolçuları - SİYAHI

11:51

"Yuventus" qapıçı axtarışında

11:24

Tarixin dördüncüsü

11:01

DÇ-2026: Ev sahibi Bosniya və Herseqovinaya qarşı

10:48

İlk oyunların ən yaxşı futbolçuları

10:30

İrandan qaçan futbolçu Azərbaycanda oynayacaq?

10:05

"Çelsi"dən ayrılır

09:50

Mundiallar tarixinin ən yaşlı baş məşqçisi oldu

09:29

DÇ-2026: Açılış oyununda bədbəxt hadisə

09:00

Cənubi Koreyadan qələbə

01:05

DÇ-2026: Ev sahibi açılış matçını qalib başa vurdu

23:58

DÇ-2026: Argentina millisinin heyətində dəyişiklik

23:27

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb

22:57

“Benfika”nın hücumçusu Türkiyə yolunda

22:24

Mourinyo yenidən “Real”da - RƏSMİ

21:47

DÇ-2026: Açılış mərasimi başlayıb

21:37

Millimizin üzvü dünya reytinqinin zirvəsində

20:58

Premyer Liqaya yüksəldi - LOQOSUNU DƏYİŞDİ

20:38

I Liqa klubunda yeni müqavilə

20:23

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

19:58

Millilərimizin rəqibləri bəlli oldu

19:27

“Lill”in futbolçusu “Sabah”da - RƏSMİ

19:04

“Sabah”dan “Zirə”yə - RƏSMİ

18:54

“Şamaxı”dan növbəti transfer - RƏSMİ

18:15

Daha bir klub avrokubok oyunlarını Sumqayıtda keçirəcək - ÖZƏL

18:00

Bundesliqa təmsilçisindən transfer

17:32

İran mundial oyunlarını boykot edə bilər

17:31

"Qarabağ"da İdarə Heyətinin iclası keçirildi

17:07

Premyer Liqaya yüksələn klub baş məşqçini göndərdi

16:48

Ölkə çempionatı keçiriləcək

16:29

"Mançester Siti" sabiq futbolçusunu istəyir

16:12

"Karvan-Yevlax"da daha iki ayrılıq

16:06

Premyer Liqa klubu cərimələndi

15:45

"Beşiktaş"dan 9 milyonluq təklif

15:23

Klub tarixinin ən bahalı transferi

15:05

"Sabah"ın futbolçusu əməliyyat olundu

15:01

Millimiz FIFA reytinqində gerilədi

14:34

Mundialın tarixinə düşməyə hazırlaşırlar

14:04

PSJ ulduz futbolçunu heyətinə qatmağa çalışır

13:50

Elitaya yüksələn klub alban məşqçi gətirdi

13:30

Klub sahibinə sərt cəza

13:05

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

12:38

70 milyon avroluq tələb

12:19

Rusiya klubu "Qalatasaray"ın müdafiəçisi ilə maraqlanır

12:02

Beynəlxalq transfer qaydalarında dəyişiklik

11:47

Mbappe tənqid hədəfinə çevrildi

11:30

Kasilyas sabiq klubunu məhkəməyə verdi

11:11

Tevesi Sampaoli əvəzlədi

10:49

"Zirə"də beş müqavilə

10:30

Baş məşqçi ilə yeni müqavilə

10:10

"Real"ın sabiq baş məşqçisi hansı klubla danışıq aparır?

09:50

FİFA-ya qarşı araşdırma

09:29

18 yaşlı hücumçu "Barselona"da

09:01

Dünya çempionatı start götürür

00:47

Sabiq “Fənərbaxça”lı “Şaxtyor”da

23:53

Kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib