son dəqiqə SON DƏQİQƏ
Millimiz Qəbələdə Moldovaya qarşı ● "Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ●

AFFA ədalətli qərar verməyi bacarmır - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 7-12-2025, 09:55

AFFA İntizam Komitəsinin Premyer Liqanın 13-cü turunun “Şamaxı” – “Sumqayıt” matçı ilə bağlı verdiyi cəzalar, xüsusilə Saşa İliçə tətbiq olunan 4 oyunluq diskvalifikasiya və 10 000 manatlıq cərimə ciddi mübahisə yaratdı. 

Görüntülər açıq şəkildə göstərir ki, insidentdə fiziki qarşıdurma yoxdur. Saşa İliç sevinir, Ayxan Abbasov isə emosional bir anın təsiri ilə etiraz edir. Təhqir varsa belə, bu, dəqiq sübut olunmayıb. Belə olan halda, bu qədər ağır cəzanın verilməsi həm hüquqi, həm də etik baxımdan qəbuledilməzdir. Hətta Azərbaycan qanunvericiliyində təhqirə görə nəzərdə tutulan maksimum cərimə 1000-1500 manatdır. AFFA hansı əsasla bunu 10 qat artırır?

Qərarlar sanki şəxsi münasibətlər və ya daxili simpatiyalar əsasında verilib. Ən narahatedici məqam isə budur: AFFA qərar verir, amma izah vermir. Qərarın sübutları, əsaslandırması yoxdur. "Biz belə gördük" deməklə ədalət təmin olunmur. Bu, nə peşəkar yanaşmadır, nə də ədalətli.

AFFA artıq bu cür qeyri-şəffaf qərarları ilə futbolun inkişafına yox, geri düşməsinə xidmət edir. Futbol ictimaiyyəti cavab tələb edir: bu cəzalar hansı prinsiplərə əsaslanır? Cavab verilmirsə, bu, artıq təkcə idman məsələsi deyil bu, sistemin problemli olduğunun göstəricisidir. AFFA ya ədalətli qərar verməkdə maraqlı deyil, ya da bacarmır. 

İndi isə qurumun üzərinə düşən əsas məsuliyyət ictimaiyyəti aydın izahlarla təmin etmək və gələcəkdə belə halların qarşısını almaqdır. Əks halda, bu qərarlar həm hüquqi, həm də mənəvi baxımdan etibarsız qalacaq.

MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR