
Elvin Cəfərquliyevin karyerasını Rusiyanın Mahaçqala şəhərini təmsil edən “Dinamo”da davam etdirə biləcəyi ilə bağlı iddialar yayılıb.
Sport1.az “Çempionat.com” saytına istinadən xəbər verir ki, klubun baş direktoru Şamil Qazızov bu məlumatı təkzib edib.
Premyer Liqa təmsilçisinin rəsmisi bildirib ki, sözügedən futbolçu ilə bağlı nə təklif olunub, nə də hər hansı əlaqə qurulub.
Daha əvvəl isə “Dinamo”nun futbolçunun nümayəndələri ilə danışıqlar apardığı, lakin Cəfərquliyevin Rusiyaya transfer variantını qəbul etmədiyi barədə şayiələr yayılmışdı.