son dəqiqə SON DƏQİQƏ
Coşqun Əliyev Deflimpiya çempionunu məğlub edərək “Masters Top 18”in qalibi olub Premyer Liqada oynayan milli üzvü I Liqada çıxış edəcək "Şahdağ Qusar" və "Unico" arasındakı tərəfdaşlığa dair "Şəfa" ev oyunlarını bu stadionda keçirəcək "Neftçi"nin daha bir yetirməsi II Liqa klubunda forma geyinəcək Milli komandamız İstanbula yollanıb "Neftçi"nin sabiq üzvü "Şirvan"da "Sabah"ın "Napoli" ilə oyununun günü dəyişdirilə bilər "Sabah"ın Bakıda "Barselona" ilə görüşü bu tarixdə baş tutacaq "Sabah"ın Çempionlar Liqasındakı bütün qarşılaşmalarının "Neftçi"nin sabiq hücumçusu yenə də Türkiyədə oynayacaq - Qərb derbisində izdiham olacaq Bu klub "Qarabağ"ın ulduzu üçün 800 min avro ödəməyə hazırdır "Qurnik"in formasını geyinmək şərəf idi" Bölgə təmsilçisi heyətinə legioner qapıçı cəlb etdi I Liqa klubunda ayrılıq "Neftçi"nin yetirməsi "Şəmkir"də "İmişli" ilə oyundan öncə Bakı təmsilçisindən azarkeşlərə Bölgə klubunda 3 yeni futbolçu AÇ: Millimiz üçün çətin rəqib Komitə rəsmisi əsgərliyə getdi, AFFA-nın işi çətinə düşdü "Böyük Dəbilqə": Daha 5 cüdoçumuz mübarizəyə başlayır Günün oyunları: Dünya Seriyası: "Neftçi SOCAR" Yaponiya millisini məğlub etdi Misli Premyer Liqasında 3-cü tura Qəbələdə start verilir "Mən universal bir futbolçuyam, müxtəlif mövqelərdə oynayıram" Premyer Liqa klublarının yay transferləri Ölkəsinə qayıtdı

“Real”da səhv müayinə iddiası - MBAPPE NARAZI QALDI

Bölmə adı İspaniya
Yayımlandı 24-03-2026, 21:35

Kilian Mbappenin zədə prosesi ilə bağlı “Real Madrid”in tibbi heyəti barədə ciddi iddialar irəli sürülüb.


Sport1.az xəbər verir ki, Fransız jurnalist Daniel Riolo “After Foot” proqramında çıxışı zamanı Mbappenin Madriddə qoyulan diaqnozdan narazı qaldığını və bu səbəbdən Parisə gedərək ikinci tibbi rəy aldığını iddia edib.


Riolonun sözlərinə görə, Fransa millisinin ulduzu Madrid klinikasında aparılan müayinədən sonra yanlış diaqnoz ehtimalına görə ciddi narahatlıq keçirib və bu vəziyyət futbolçunun narazılığına səbəb olub. Jurnalist həmçinin klub həkimlərinin səhv etdiyini irəli sürərək, “Klub yanlış diaqnoz qoydu, Mbappe bundan narahat oldu və hətta əsəbiləşdi” ifadələrini işlədib.


İddialarda ən diqqətçəkən məqam isə müayinə prosesi ilə bağlıdır. Riolo bildirib ki, “Real Madrid” tibbi heyətinin səhv diz üzərində yoxlama apardığına dair şayiələr mövcuddur. Bu iddia klub daxilində ciddi peşəkar səhv ehtimalı kimi qiymətləndirilir.


Məlumata görə, Mbappenin Parisdə müraciət etdiyi mütəxəssisin tətbiq etdiyi yeni müalicə protokolu əməliyyat ehtimalını aradan qaldırıb. Futbolçu da iştirak etdiyi bir tədbirdə dizinin vəziyyətinin yaxşılaşdığını və düzgün diaqnozun sağalma prosesini sürətləndirdiyini bildirib.


“Real Madrid” isə məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR