son dəqiqə SON DƏQİQƏ
I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ●

Əfsanənin ruhu meydanda idi: Banişevskinin xatirəsinə keçirilən turnir başa çatdı

Bölmə adı Futbol
Yayımlandı 21-03-2026, 17:03

“Neftçi” PFK və Moskva “Dinamo”sunun birgə təşkilatçılığı ilə Azərbaycan futbolunun əfsanəsi, unudulmaz “9 nömrə” Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş “Bakı Kuboku” beynəlxalq turniri başa çatıb.



Sport1.az xəbər verir ki, 2015-ci ilədək təvəllüdlü futbolçular arasında “Palms Sports” Futbol Mərkəzində keçirilən və “Neftçi TV” vasitəsilə canlı yayımlanan turnirin sonuncu günündə 4 oyun baş tutub.



7-ci yer uğrunda matçda “Neftçi” “Göztepe”yə 4:1 hesabı ilə qalib gəlib. 5-ci yer uğrunda görüşdə isə “Beşiktaş” “Ulduz”u eyni hesabla məğlub edib. “Qarabağ”a 3:1 hesabı ilə qalib gələn Voronej “Dinamo”su 3-cü, “Kayrat”ı 1:0 hesabı ilə məğlub edən Moskva “Dinamo”su 1-ci yeri tutub.



Final matçından sonra turnirdə iştirak edən ölkələrin dövlət himnləri səsləndirilib. Ardından “Neftçi” PFK-nın baş icraçı direktoru Cenk Sümer, “Sollers” avtomobil istehsalçısı şirkətinin direktorlar şurasının sədri Adil Şirinov və “Dinamo” (Moskva) Futbol Akademiyasının direktoru Aleksandr Kuznetsov çıxış ediblər. Daha sonra əfsanəvi futbolçu Anatoli Banişevskinin həyat yoldaşı İnna Banişevskaya və digər qonaqlara xatirə hədiyyələri təqdim olunub.



Mükafatlandırma mərasimində əvvəlcə sponsorun seçiminə uyğun olaraq, “Qələbə əzminə görə” mükafatı “Neftçi”nin futbolçusu Salman Səlimova, “Ən yaxşı futbolçu” mükafatı isə Voronej “Dinamo”sunun üzvü Maksim Krutskixə verilib.



“Ən yaxşı qapıçı” mükafatı Ponteley Moriniçev (“Dinamo” Moskva), “Ən yaxşı müdafiəçi” Aleksandr Volodin (“Dinamo” Moskva), “Ən yaxşı yarımmüdafiəçi” Aleksandr Aksyonov (“Dinamo” Voronej), “Ən yaxşı hücumçu” Radmir Ştanko (“Kayrat” Almatı), “Ən yaxşı futbolçu” isə Abılay Temirbulatova (“Kayrat” Almatı) təqdim edilib.



Voronej “Dinamo”suna bürünc, Almatı “Kayrat”ına gümüş, Moskva “Dinamo”suna isə kubok və qızıl medallar təqdim edilib.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR