son dəqiqə SON DƏQİQƏ
Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ●

​"Karvan-Yevlax"ın dirçəliş düsturu: Səhvləri düzəlt, gələcəyi qur - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 1-05-2026, 15:14

​Azərbaycan futbolunda mövsümün sonuna gəlirik. "Sabah" çempionluğu vaxtından əvvəl bayram edib. "Qarabağ" gümüş medalları qazanmaq üçün vuruşur. "Neftçi" isə nüfuzunu bərpa edib avrokuboklara yollanmaq niyyətindədir.


Amma dərdimiz cədvəlin dibinə enmiş Yevlax futboludur. Mövsümün əvvəlində böyük ümidlərlə elitaya qayıdan "Karvan" hazırda sonuncu pillədədir. 16 ildən sonra yüksək dəstəyə gələn klubun bu günü artıq ciddi böhran siqnalı verir.


​Hadisələri düzgün təhlil edək. Bu vəziyyətin əsas səbəbi Kənan Kərimovdur. "A" kateqoriyası olmadığı üçün vitse-prezident təyin edilən mütəxəssis idarəçilikdə ciddi axsamalara yol verdi. Özünü rəhbər yox, məşqçi kimi apardı. Bəzi menecerlərlə birgə heyət formalaşdırıb, hətta meydana kimin çıxacağına özü qərar verdi.


Halbuki kateqoriya ala bilməyən bir şəxsin Premyer Liqada komanda saxlayacaq gücü yox idi. Rəhbərliyin ona verdiyi geniş səlahiyyətlər nizam-intizamı və seleksiya işlərini dalana dirədi. Günahkar axtarırıqsa, birinci növbədə Kərimovun səriştəsizliyindən başlamalıyıq.


​Mənzərə tam qaranlıq deyil. Füzuli Məmmədovun gəlişi ilə kollektivdə müəyyən canlanma yarandı. O, intizamı bərpa edib, nə etdiyini bilən komanda qurmağa çalışdı. Məhdud imkanlarla göstərdiyi əmək diqqətdən yayınmır. Komandanın elitada qalmaq şansı hələ də var. Amma yevlaxlılar son 4 turda 6 xallıq fərqi qapamalıdır. Çətin olsa da, mümkündür.


​İnfrastruktur baxımından Yevlax təmsilçisi öhdəliklərini yerinə yetirib. Başqaları kimi qaçqın düşmədilər, stadionun örtüyünü yenilədilər. Öz yurdlarına qayıdaraq azarkeşləri sevindirdilər. Hazırda akademiya üçün meydançalar tikilir.


Lakin təkbaşına infrastruktur nəticə vermir. Klubun gələcəyi bu quruculuq işləri ilə yanaşı, Kənan Kərimovun yol verdiyi idarəçilik yanlışlarının təmizlənməsindən asılıdır. Vitse-prezident mütləq şəkildə məşqçilik sevdasından əl çəkərək öz işinə fokuslanmalıdır. Premyer Liqadan düşsələr də, qorxusu yoxdur. Rəhbərlik Füzuli Məmmədova tam güvənməli, yaxşı heyət formalaşdırması üçün şərait yaratmalıdır. Belə olacağı təqdirdə, Premyer Liqa həsrəti uzun çəkməyəcək. "Karvan-Yevlax" 1 illik fasilədən sonra rahatlıqla əsas liqaya qayıdacaq.


MİRZƏ SAKİT

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR